Menyu

Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb

Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb

Xüsusi təyinatlı polis qüvvələri Azərbaycanla sərhədlərin delimitasiyası işlərinin aparıldığı Ermənistanın Tavuş vilayətinin Kirants kəndinə gedən bütün yolları bağlayıb. 

"Operativ Media" xəbər verir ki, yerli xəbər portallarının məlumatına görə, xüsusi təyinatlılar hətta müxalifət deputatlarını kəndə buraxmırlar.

"Orada xüsusi tədbir keçirilir, bizim göstərişimiz var ki, kəndə yalnız yerli sakinlər buraxılsın", - deyə Tavuş vilayətinin polis rəisi Artur Mkrtçyan "Ermənistan" müxalifət parlament fraksiyasının rəhbəri Seyran Ohanyana bildirib. Qadağaya baxmayaraq, bir neçə deputat tarlalardan keçərək Kirantsa piyada çata bilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, təhlükəsizlik qüvvələri sərhədi mühafizə etməyə hazırlaşır: "MTN-nin Tavuş vilayətinin Kirants kəndindəki sərhəd qoşunları Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıq işləri aparır".
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər