ABŞ: “Rəisinin helikopter qəzası ilə bağlı məlumatları izləyirik”
Amerika Birləşmiş Ştatları İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya düşməsi ilə bağlı məlumatları diqqətlə izləyir.
“Operativ Media” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
“Biz İranda prezident və ölkənin XİN rəhbərinin olduğu helikopterin qəzaya uğraması ilə bağlı xəbərləri diqqətlə izləyirik”, - deyə məlumatda qeyd olunub.
Dövlət Departamenti helikopter qəzası ilə bağlı daha ətraflı şərh verməyib.