Menyu

İran prezidentinin helikopterinin sərnişinləri ilə əlaqə yaradılıb

İran prezidentinin helikopterinin sərnişinləri ilə əlaqə yaradılıb
1 dəq oxu

İran prezidenti İbrahim Rəisinin helikopterindən olan iki sərnişinlə əlaqə yaradılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İslam Respublikasının icra işləri üzrə vitse-prezidenti Möhsün Mənsuri məlumat verib.

“Bir neçə dəfə biz helikopterdə olan iki nəfərlə əlaqə saxladıq. Deyəsən, bu, ciddi bir hadisə deyil”, - deyə İRNA agentliyi onun sözlərini sitat gətirib.

M. Mənsuri əlavə edib ki, əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirib.

Əlaqəli Xəbərlər