Bakıda dərmandan zəhərlənmə faktı qeydə alınıb

admin
Bakıda dərmandan zəhərlənmə faktı qeydə alınıb

Bakının Suraxanı rayonunda 33 yaşlı kişi dərmandan zəhərlənib.

"Operativ Media" xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Rövşən Əlihüseynov çoxsaylı dərman həbləri içərək zəhərlənib.

O, 1 saylı Kliniki Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

İlkin ehtimala görə, 33 yaşlı kişi intihara cəhd edib.

Digər xəbərlər