http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 7 ° C

Baş Prokurorluqda Kollegiya iclası keçirilib

27 Dekabr 2022 , 16:04
Baş Prokurorluqda Kollegiya iclası keçirilib

Dekabrın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilmişdir.

"Operativ Media" xəbər verir ki, kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, qalib və qurucu lider cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı tərəqqi və dayanıqlı inkişafın təmin olunduğunu bildirməklə dövlətimiz və cəmiyyətimizin tarixinin ən qüdrətli çağlarını yaşadığını diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, ölkəmizin qarşıdakı dövr üçün inkişaf strategiyasının, həmçinin sosial, mədəni və humanitar layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın ardıcıl və məqsədyönlü fəaliyyəti mühüm əhəmiyyət kəsb etmişdir.

Baş prokuror “Şuşa ili”ndə Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının təmin olunması və zəruri infrastrukturun yaradılması istiqamətində görülmüş tədbirlərlə əzəli torpaqlarından ayrı qalmış sakinlərimizin qürür və sevinclə “Böyük Qayıdış”ının ilk mərhələsinin uğurla gerçəkləşdiyini xüsusi vurğulamışdır.

Kollegiya iclasında ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilmişdir.

Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi qeyd edilmişdir.

İclasda “İşin Təşkili Qaydaları”nın təkmilləşdirilməsi məsələləri ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, prokurorluq işçilərinin “Etik Davranış Kodeksi”nin yeni layihəsinə dair Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, cari kadr məsələləri ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, xidməti, icra və əmək intizamının möhkəmləndiirilməsi ilə əlaqədar Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov və “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə əlaqədar görülmüş işlərə dair Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev məruzələrlə çıxış etmişlər.

Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirmiş, sonda Kollegiyanın qərarı ilə “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklər, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi” təsdiq edilmişdir.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etmişdir.

OXŞAR XƏBƏRLƏR
Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

XƏBƏR LENTİ
  • 23:22

    Peskov: Putin və Ərdoğan arasında yeni telefon danışığı hələ planlaşdırılmır
  • 23:14

    Silahlı qruplar Hələbdə Starlink-ə çıxış əldə ediblər
  • 22:53

    Aİ insan haqlarının pozulmasına görə qlobal sanksiyaları bir il müddətinə uzadıb
  • 22:36

    Gürcüstan DİN aksiyada zorakılıq halları barədə məlumat yayıb
  • 22:21

    Quterreş Suriya ilə bağlı çağırış edib
  • 22:06

    Netanyahu: Hizbullah"ın İsraili atəşə tutması atəşkəsin kobud şəkildə pozulmasıdır
  • 21:49

    "Telegram"ın işində problemlər yaranıb
  • 21:31

    Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı iclasa görə ABŞ-ın proqramını bloklayıb
Menyu