http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub

08 Oktyabr 2022 , 09:12
Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

""Operativ Media" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və hər an genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnika - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı binanın damında tüfeyli həyat tərzi keçirən 1 nəfər kişi yanğınsöndürənlər tərəfindən xilas olunub.

Yanğın nəticəsində binanın ümumi sahəsi 1470 m² olan dam örtüyünün taxta atmaları təxminən 26 m² sahədə yanıb, yüksək temperaturdan taxta atmalar 25 m² sahədə qarsalanıb. Mənzillər və dam örtüyünün böyük hissəsi yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR
Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

XƏBƏR LENTİ
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
Menyu