İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələni 2026-cı ilə qədər yekunlaşdırmaq niyyətindəyik.
"Operativ Media" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
“Burada əsas hədəflərimiz Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkün soydaşımız yeni evlərinə qayıda biləcək”, - o bildirb.