Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub
Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qumlu kəndində qeydə alınıb.
Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib.