Menyu

Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası olub

Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası olub
1 dəq oxu

Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Tural Musayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Elgün Məhərrəmov və 2006-cı il təvəllüdlü Ramil Rzayevi vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər