Menyu

Naxçıvan MR Prokurorluğu 18 yaşlı gəncin öldürülməsi ilə bağlı məlumat yayıb

Naxçıvan MR Prokurorluğu 18 yaşlı gəncin öldürülməsi ilə bağlı məlumat yayıb

Yanvarın 6-sı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Naxış MR Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər