Şəkidə ev yanıb
Şəki şəhərində yanğın olub.
FHN-dən "Operativ Media"ya verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 50 m² olan talvarın taxta atmaları 10 m² sahədə, bitişik ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün taxta atmaları qismən 10 m² sahədə, içərisində 1 ədəd qapı, 1 ədəd su qızdırıcısı və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavan əriyib. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net