07 Yanvar 2023, 11:03
BNA hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
BNA hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib şəkil
BNA hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BNA-dan "Operativ Media"ya verilən xəbərə görə, müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun Yanvarın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığı nəzərə alaraq hərəkət iştirakçılarına yollarda diqqətli olmağı tövsiyə edirik.

Qarlı və şaxtalı hava şəraitində sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları, həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik".

Son xəbərlər
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır