08 Yanvar 2023, 18:22
Son sutkada koronavirusa 105 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 826 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, aktiv xəstə sayı 484 nəfərdir.
Ölkədə son sutka ərzində 2 472, hazırkı dövrədək isə 7 443 931 test aparılıb.