Menyu

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib

Əsəd Abbaslı
ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gəlib. 

"Operativ Media" xəbər verir ki, bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Merilin Striklandın rəhbərlik etdiyi nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir. Səfər avqustun 11-dən 15-dək davam edəcək.

Nümayəndə heyətini Tayvan administrasiyasının rəhbəri Lai Qingde və onun müavini Xiao Meiqin, həmçinin adanın Xarici İşlər Nazirliyinin rəhbəri Lin Jialun qəbul edəcək. Bu təmaslar zamanı Amerika nümayəndə heyəti ABŞ və Tayvan arasında əməkdaşlığı, Tayvan boğazında və bütövlükdə regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Nümayəndə heyətinin tərkibində olan Jill Tokuda 2023-cü ilin iyun ayında ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin Respublikaçı sədri Mayk Rocersin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Tayvana səfər edib. Onun həmkarları adaya ilk dəfə gəliblər.

Teqlər:

"AB\u015e Konqresinin n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti Tayvana s\u0259f\u0259r edib"

Əlaqəli Xəbərlər