Menyu

Belarusun müdafiə naziri Rusiyaya səfər edib

Nərmin Qocamanlı
Belarusun müdafiə naziri Rusiyaya səfər edib
1 dəq oxu

 Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin Rusiyaya səfər edib.

"Operativ Media" xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin “Army 2024” 10-cu beynəlxalq hərbi-texniki forumuna gəlib. Tədbir avqustun 12-dən 14-dək Kubinkada “Patriot” konqres və sərgi mərkəzində keçirilir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Xreninin forum çərçivəsində ilk görüşü Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayevlə olub.

Əlaqəli Xəbərlər