Dünyada yağın, ətin və şəkərin qiyməti qalxıb - BMT
Bitki yağları, ət, ət məhsulları və şəkərin qlobal qiymət artımı müşahidə olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının saytında məlumat verilib.FAO-nun məlumatına görə, iyun ayı ilə müqayisədə bitki yağlarının qiymətləri 2,4 faiz artıb.
Qeyd olunur ki, ətin qiymətləri yüzdə 1,2 artıb. Bu, quzu, mal və quş əti üçün davamlı yüksək idxal tələbinin təsiri altında baş verib.