Menyu

Dubayda dövlət qulluqçuları dörd günlük iş həftəsinə keçirlər

Nərmin Qocamanlı
Dubayda dövlət qulluqçuları dörd günlük iş həftəsinə keçirlər
1 dəq oxu

Dubayda bəzi dövlət qurumları üçün dörd günlük iş həftəsinin müəyyən edilməsi təcrübəsi başlayır.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, pilot layihə sentyabrın 30-dək davam edəcək.

Buraya Dubay Hökumətinin İnsan Resurslarının İdarə Edilməsi Departamenti tərəfindən seçilmiş 15 dövlət sektoru qurumu cəlb olunacaq. Onların işçiləri tam maaş alacaq.

Sentyabrın 30-dan sonra şöbə eksperimentin nəticələrini təhlil edəcək. 

Əlaqəli Xəbərlər