2022-ci ilin martında Ukraynada müharibə başlayandan bəri Rusiya ABŞ və Avropa İttifaqının öz valyutalarının ixracını qadağan etməsi səbəbilə təxminən 2,3 milyard ABŞ dolları və avro həcmində nağd pul alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Reuters”in materialında deyilir.
“Rusiyaya nağd pullar Rusiya ilə ticarətə məhdudiyyət qoymayan BƏƏ və Türkiyədən daşınıb”, - “Reuters” gömrük məlumatlarına istinadən yazır.
Nəşr qeyd edib ki, Çin yuanı ABŞ dollarını keçərək Moskvada ən çox satılan xarici valyutaya çevrilib.
Xatırladaq ki, 2023-cü ilin dekabrında ABŞ hökuməti Rusiyaya sanksiyalardan yayınmağa kömək edən maliyyə institutlarını cərimələməklə hədələyib və üçüncü ölkələrin şirkətlərinə qarşı cərimələr tətbiq edib.
Teqlər:
"Rusiya rekord h\u0259cmd\u0259 na\u011fd valyuta idxal edib"