Menyu

Ukrayna Kurskda Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət edir

Əsəd Abbaslı
Ukrayna Kurskda Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət edir

Ukrayna Prezidenti Volodimir Zelenski qərargahın iclasını keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat verib.

İclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksandr Sırski cəbhədəki vəziyyət və Kursk vilayətində “hərbi əməliyyatlar” barədə məruzə təqdim edib.

“Bütün əsgərlərə və komandirlərə mətanət və qətiyyətli hərəkətlərinə görə minnətdarıq. Daxili işlər nazirinə və digər məsul şəxslərə əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamağı tapşırıblar”, - Zelenski qeyd edib.

Sırskinin verdiyi məlumata görə, hazırda Ukrayna hərbçiləri Kursk vilayətinin təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir.

“Biz Kursk vilayətində hücum əməliyyatlarını davam etdiririk. Hazırda biz Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edirik”, - o qeyd edib.

Zelenski bildirib ki, o, Müdafiə Nazirliyinə və diplomatlara tərəfdaşlardan Ukrayna ərazisini qorumaq üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə almağı tapşırıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinə əlavə qüvvələrin köçürüldüyünü açıqlayıb.

Xatırladaq ki, Kursk əməliyyatı avqustun 6-da başlayıb

Teqlər:

"Ukrayna Kurskda Rusiyan\u0131n 1000 kvadrat kilometr \u0259razisin\u0259 n\u0259zar\u0259t edir"

Əlaqəli Xəbərlər