Rusiya prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan, Fələstin prezidenti Mahmud Abbasla danışıqlar aparacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Məlumatına görə, ölkə liderləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında görünməmiş humanitar fəlakət fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı planlaşdırırlar.
Teqlər:
"Putin F\u0259l\u0259stin prezidenti il\u0259 g\u00f6r\u00fc\u015f\u0259c\u0259k"