Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 32 fələstinli həlak olub, 88 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 39,9 mindən çox insan həlak olub, 92,2 mindən çox insan yaralanıb. Fələstin anklavının Səhiyyə Nazirliyi belə məlumatları rəsmi Telegram kanalında təqdim edir.