Menyu

Hindistan yeni raketlərini sınaqdan keçirib

Əsəd Abbaslı
Hindistan yeni raketlərini sınaqdan keçirib
1 dəq oxu

Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) yerli istehsal olan daşınan bilən tank əleyhinə idarə olunan raketi (MP-ATGM) uğurla sınaqdan keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə ANI agentliyinə DRDO nümayəndələri bildirib.

Sınaqlar Racastan ştatının Caysalmer şəhərindəki poliqonda keçirilib.

Kompleks düşmənin tanklarını və zirehli texnikasını zərərsizləşdirmək üçün nəzərdə tutulub. Qeyd edilir ki, o, ikili işədüşmə rejimi ilə təchiz olunub, yəni həm gündüz, həm də gecə effektivdir.

Əlaqəli Xəbərlər