Menyu

Mahmud Abbas: İran yaxın saatlarda İsrailə cavab tədbiri ilə bağlı qərar verə bilər

Əsəd Abbaslı
Mahmud Abbas: İran yaxın saatlarda İsrailə cavab tədbiri ilə bağlı qərar verə bilər

İran yaxın saatlarda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab tədbirlərinə dair qərar verə bilər.

"Operativ Media" xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra “TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

“Qərar yaxın bir neçə gün və hətta yaxın bir neçə saat ərzində verilə bilər. Birincisi, biz fələstinlilər olaraq müharibəyə qarşıyıq. Oktyabrın 7-də biz rəsmən bəyan etdik ki, biz müharibənin əleyhinəyik, dinc əhalinin, qadınların və uşaqların öldürülməsinə qarşıyıq. Nə olacağını hələ proqnozlaşdıra bilmərik, amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq, nəticələrini əvvəlcədən qiymətləndirmək çətin olan müharibə olmayacaq”, - Mahmud Abbas qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər