Menyu

Slovakiyada məhkəmə binalarına bomba qoyulması ilə bağlı məlumat yayılıb

Əsəd Abbaslı
Slovakiyada məhkəmə binalarına bomba qoyulması ilə bağlı məlumat yayılıb
1 dəq oxu

Slovakiyada polis əməkdaşları məhkəmələrə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra binalara baxış keçirməyə başlayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.

“Hazırda polis bütün Slovakiyada partlayıcı qurğuların qoyulması təhlükəsi ilə əlaqədar məhkəmə binalarını yoxlayır”, - məlumatda deyilir.

Bratislava vilayətinin polis idarəsinin sözçüsü Silvia Şimkova da təsdiqləyib ki, bomba təhlükəsi ilə əlaqədar paytaxt regionunda məhkəmə binalarına baxış keçirilir. Digər təfərrüatlar açıqlanmayıb.

Əlaqəli Xəbərlər