Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.
"Operativ Media" xəbər verir ki, Moskva vilayətində diversiya qruplarının mümkün təxribatı nəzarət altındadır. Polisə onların silahlarını ələ keçirmək cəhdləri barədə xəbərdarlıq edilib.
Xüsusi təyinatlı polis alayı operativ reaksiya tələb olunduğu halda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.