Menyu

Çin və Tailand Hərbi Hava Qüvvələri birgə təlimlər keçirəcək

Nərmin Qocamanlı
Çin və Tailand Hərbi Hava Qüvvələri birgə təlimlər keçirəcək
1 dəq oxu

Avqustda Çin və Tailandın Hərbi Hava Qüvvələri birgə təlimlər keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Çin və Tailand hərbçiləri arasında illik əməkdaşlıq planına əsasən, avqust ayında Tailand Hərbi Hava Qüvvələri bazasında iki ölkənin birgə hərbi hava qüvvələrinin təlimləri keçiriləcək”, - deyə Çin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edilib ki, təlimlər hər iki tərəfin silahlı qüvvələrinin hərbi-texniki səviyyəsinin artırılması, Çin və Tailand hərbçiləri arasında praktiki mübadilə və əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.

Əlaqəli Xəbərlər