Menyu

Tayvan sahillərində 6,1 maqnitudalı zəlzələ olub

Əziz Əzizli
Tayvan sahillərində 6,1 maqnitudalı zəlzələ olub
1 dəq oxu

Tayvan sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 350 min insanın yaşadığı Hualyan şəhərindən 27 km cənub-şərqdə, ocağı isə yer səthindən 15 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb

Əlaqəli Xəbərlər