Ekvador lideri vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
Nərmin Qocamanlı
Ekvador Prezidenti Daniel Noboa vitse-prezident Veronika Abadı xəyanətdə və növbəti seçkilərdə onun iştirakına mane olmağa çalışmaqda ittiham edib.
"Operativ Media" xəbər verir ki, bu barədə o, öz “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“O, özü bu postu tutmaq üçün ölkə prezidentini hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Əgər onun niyyətləri ilə bağlı hər hansı bir şübhə var idisə, bu gün maska artıq düşüb. Bundan başqa, bu şikayətin arxasında duran şəxslər, mənim seçki kampaniyasında iştirak etməməyimi istəyirlər. Biz bu xəyanətə qarşı mübarizə aparacağıq və seçkilərdə görüşəcəyik”, - paylaşımda deyilir.
Teqlər:
"Ekvador lideri vitse-prezidenti d\u00f6vl\u0259t\u0259 x\u0259yan\u0259td\u0259 ittiham edib"