Menyu

"Zirə"nin istədiyi futbolçu Portuqaliya klubundan ayrıldı

Əziz Əzizli
"Zirə"nin istədiyi futbolçu Portuqaliya klubundan ayrıldı
1 dəq oxu

Yusuf Laval “Arouka”dan ayrılıb. “Neftçi”nin ilyarım öncə Portuqaliya klubuna satdığı vinger klubsuzdur.

"Operativ Media" xəbər verir ki, 26 yaşlı nigeriyalı heyətə düşməyə çətinlik çəkdiyi klubla müqaviləyə qarşılıqlı razılıqla xitam verib. İndi onun danışıq apardığı “Zirə”yə keçməsinə heç bir əngəl yoxdur.

“Neftçi”də 2,5 il oynamış Lavalın “Zirə” ilə danışıq apardığını xəbər vermişdik. Bu həftə tərəflərin 2 illik müqaviləni elan etməsi gözlənilir

Əlaqəli Xəbərlər