Türkiyə klublarında da oynamış braziliyalı futbolçu qarət edildi
Əziz Əzizli
Türkiyədə "Beşiktaş", "Fənərbağça" və "Başakşehir" klublarında oynamış braziliyalı futbolçu Jozef De Souza ölkəsində silahlı basqına məruz qalıb.
"Operativ Media" xəbər verir ki, Rio de Janeyrada oğlu ilə maşınla gedərkən silahlı şəxslərin hücumuna uğrayıb. Onun dəyərli əşyaları və maşını silahlılar tərəfindən götürülüb.
Jozef de Souza silahla hücuma məruz qaldığını video paylaşaraq açıqlayıb.
"Oğrular hətta ayağımın başmaqlarını da götürdülər. Adamın əlində silah var idi. Maşını da götürdülər. Oğlum və mən idik. Oğlumu oradan çıxara bildim. Hazırda yaxşıyıq".
Teqlər:
"T\u00fcrkiy\u0259 klublar\u0131nda da oynam\u0131\u015f braziliyal\u0131 futbol\u00e7u qar\u0259t edildi"