Dani Olmonun zədəsinin vəziyyəti ciddi deyil
Əziz Əzizli
İspaniya millisində zədələnən 26 yaşlı yarımmüdafiəçi Dani Olmo ciddi zədədən yayınıb və "Barselona"nın qarşıdakı oyununda iştirak edə biləcək.
"Operativ Media" xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
Olmo Millətlər Liqasının birinci turunun Serbiya ilə oyununda (0:0) zədələnib və ikinci turun İsveçrə ilə matçını (4:1) buraxıb.
Sentyabrın 15-də “Barselona” İspaniya çempionatının 5-ci turu çərçivəsində “Jirona”nı qəbul edəcək.
Olmo bu yay 55 milyon avroya Almaniyanın "RB Leipzig"indən "Barselona"ya keçib. O, Kataloniya yığması ilə 2 matçda iştirak edib və 2 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net