Menyu

Paris-2024: Azərbaycan paralimpiyaçılarının növbəti qrupu vətənə qayıdıb

Əziz Əzizli
Paris-2024: Azərbaycan paralimpiyaçılarının növbəti qrupu vətənə qayıdıb
1 dəq oxu

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.

"Operativ Media" xəbər verir ki, idmançıları daşıyan təyyarə 05:16-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Gələn idmançılar arasında paralimpiya birinciləri Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov, habelə turnirin gümüş və bürünc mükafatçıları – Raman Saley, İlham Zəkiyev və Vəli İsrafilov var.

Xatırladaq ki, daha əvvəl paralimpiyaçıların ilk qrupu vətənə qayıtmışdı.

Qeyd edək ki, 169 ölkənin mübarizə apardığı Paris-2024 Yay Paralimpiya Oyunlarını Azərbaycan millisi 28-ci pillədə başa vurub. 18 paralimpiyaçı ilə iştirak edən Azərbaycan yığması 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb

Əlaqəli Xəbərlər