Menyu

"Beşiktaş" kamerunlu hücumçu ilə vidalaşdı

Əziz Əzizli
"Beşiktaş" kamerunlu hücumçu ilə vidalaşdı
1 dəq oxu

Türkiyənin “Beşiktaş” klubu Vinsent Abubakarla yollarını ayırıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kamerunlu hücumçu digər Super Liqa təmsilçisi “Hatayspor”a transfer olunub.

32 yaşlı oyunçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Daha öncə də “Beşiktaş”da çıxış edən Abubakar ümumilikdə bu komandanın heyətində 60 qola imza atıb.

Əlaqəli Xəbərlər