Mbappe: "Mən artıq tənqidə və başqalarının fikrinə fikir vermirəm"
Əziz Əzizli
Fransa millisinin və "Real Madrid"in 25 yaşlı hücumçusu Kilyan Mbappe son aylar oyunu ilə bağlı intensivləşən tənqidlərə cavab verib.
"Operativ Media" "Marca"ya istinadən xəbər verir ki, futbolçu tənqidlərə fikir vermədiyini açıqlayıb.
“Həyatımın və karyeramın elə bir mərhələsindəyəm ki, artıq tənqidlərə və başqalarının fikirlərinə əhəmiyyət vermirəm. Mən gəlirəm, oynayıram və komandaya əlimdən gələni verməyə çalışıram. İnsanların fikirləri məni ən az narahat edir”.
Bu yay "Real Madrid"ə keçən Mbappe italyan Karlo Ançelottinin rəhbərlik etdiyi komanda ilə 5 matçda iştirak edib və 3 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net