Menyu

"Formula 1" yarışına çıxarılan bütün biletlər satılıb

Əsəd Abbaslı
"Formula 1" yarışına çıxarılan bütün biletlər satılıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bütün biletlər satılıb.

Bu barədə "Operativ Media"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, yarışa olan maraq gözləntiləri üstələyib: "Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına "Zəfər" və "Qız Qalası" tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 setyabr aralığında baş tutacaq.

Teqlər:

"\"Formula 1\" yar\u0131\u015f\u0131na \u00e7\u0131xar\u0131lan b\u00fct\u00fcn biletl\u0259r sat\u0131l\u0131b"

Əlaqəli Xəbərlər