Menyu

Deku Niko Uilyamsı transfer etməmələrinin səbəbini açıqlayıb

Əziz Əzizli
Deku Niko Uilyamsı transfer etməmələrinin səbəbini açıqlayıb

"Barselona”nın idman direktoru, İspaniyanın vitse-çempionu Deku klubun bu yay İspaniya millisinin və “Atletik Bilbao”nun hücumçusu Niko Uilyamsı transfer etməmələrinin səbəbini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Kataloniya klubu 22 yaşlı futbolçunun transferinə yaxın olsa da, razılaşma heç vaxt baş tutmayıb.

"Heyətimizdə Rafinya, Ferran Torres, Ansu Fati, Lamin Yamal, Fermin Lopez və Dani Olmo olduğu üçün Niko Uilyamsı ala bilmədik. Bu, bizə başqa bir hücumçunun gəlişindən daha çox imkan verir".

La Liqanın cari mövsümündə Niko Uilyams “Atletik”lə 4 matçda iştirak etsə də, heçnə ilə yadda qalmayıb.

Teqlər:

"Deku Niko Uilyams\u0131 transfer etm\u0259m\u0259l\u0259rinin s\u0259b\u0259bini a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər