http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

FHN Akademiyasının internet informasiya resursu istifadəyə verilib

11 Sentyabr 2024 , 18:34
FHN Akademiyasının internet informasiya resursu istifadəyə verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının internet informasiya resursu (www.fhna.edu.az) istifadəyə verilib.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, müasir dizayn və yüksək texniki imkanları özündə birləşdirən internet informasiya resursunun proqram təminatı müvafiq dövlət qurumlarının müəyyən etdiyi meyarlara uyğun hazırlanıb. Bu, istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etmək və saytın etibarlılığını artırmaq məqsədini daşıyır.

İstifadəçi rahatlığını nəzərə alaraq müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında hazırlanmış internet informasiya resursu quruluş və məzmun baxımından da istifadəçilər üçün rahatlığı ilə fərqlənir. İnternet informasiya resursunda Akademiyanın fəaliyyəti, mövcud fakültələr, kafedralar, kitabxana, elanlar, qəbul və digər sahələr haqqında ətraflı və asan əldə edilə bilən məlumatlar təqdim olunur. Bu məlumatların əhatəliliyi və əlçatanlığı istifadəçilərə Akademiyanın fəaliyyətinin müxtəlif aspektlərini daha yaxşı başa düşməyə kömək edir.

İnternet informasiya resursunun bir neçə dildə daim yenilənməsi nəzərdə tutulub ki, bu da xarici istifadəçilərin məlumatları asanlıqla əldə etmələrini təmin edir. İnternet informasiya resursunda “Heydər Əliyev Mərkəzi”, “Akademiya həyatı”, elmi-tədqiqat, fotoqalereya bölmələri də mövcuddur. Bu bölmələr Akademiyanın fəaliyyətini vizual olaraq təqdim edir və ictimaiyyəti Akademiyanın yenilikləri ilə tanış edir. İnternet informasiya resursunda Akademiyanın elmi jurnalı üçün ayrıca səhifə hazırlanıb və keçid verilib.

Yeni tədris ilində istifadəyə verilən internet informasiya resursu ümumilikdə Akademiyanın fəaliyyətini daha şəffaf və əlçatan edəcək, həmçinin vətəndaşların Akademiya ilə əlaqəsini daha da asanlaşdıracaq.

OXŞAR XƏBƏRLƏR
Vergi orqanlarının büdcəyə 15 milyard 500 milyon manat vəsait köçürəcəyi gözlənilir

Vergi orqanlarının büdcəyə 15 milyard 500 milyon manat vəsait köçürəcəyi gözlənilir

Gömrük orqanlarının büdcə öhdəliyi 3 % artırılır

Gömrük orqanlarının büdcə öhdəliyi 3 % artırılır

Dövlət büdcəsinin 4 milyard manatı Qarabağ və Şərqi Zəngəzurun payına düşəcək

Dövlət büdcəsinin 4 milyard manatı Qarabağ və Şərqi Zəngəzurun payına düşəcək

XƏBƏR LENTİ
  • 20:10

    Vergi orqanlarının büdcəyə 15 milyard 500 milyon manat vəsait köçürəcəyi gözlənilir
  • 20:07

    Gömrük orqanlarının büdcə öhdəliyi 3 % artırılır
  • 20:00

    Dövlət büdcəsinin 4 milyard manatı Qarabağ və Şərqi Zəngəzurun payına düşəcək
    Dövlət büdcəsinin 4 milyard manatı Qarabağ və Şərqi Zəngəzurun payına düşəcək
  • 19:57

    Müdafiə və təhlükəsizlik xərclərinin 7 milyard manata yaxın olması nəzərdə tutulur
    Müdafiə və təhlükəsizlik xərclərinin 7 milyard manata yaxın olması nəzərdə tutulur
  • 19:53

    "Sabah" basketbol klubu Çempionlar Liqasında debüt etdi
  • 19:50

    Azərbaycanda icmal büdcə 46 milyard manat proqnozlaşdırılır
  • 19:45

    Dövlət büdcəsinin 40 milyard manata yaxın olacağı gözlənilir
  • 19:42

    Azərbaycan neftinin büdcə qiyməti 70 dollar olacaq
Menyu