Menyu

Bakıda yol qəzası baş verib, yaralılar var - YENİLƏNİB

Əsəd Abbaslı
Bakıda yol qəzası baş verib, yaralılar var - YENİLƏNİB

Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.

Bu barədə "Operativ Media"a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Araşdırma davam etdirilir.

22:02

Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb.

TƏBİB-dən "Operativ Media"a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Teqlər:

"Bak\u0131da yol q\u0259zas\u0131 ba\u015f verib yaral\u0131lar var - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər