Ana səhifə / İdman / AFFA İcraiyyə Komitəsi yenidən toplanır AFFA İcraiyyə Komitəsi yenidən toplanır 12.09.2024, 11:25 Əziz Əzizli Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. "Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş qurumun inzibati binasında baş tutacaq. Saat 15:00-da başlayacaq iclasın gündəliyi aşağıdakı kimidir: Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr İntizam Komitəsinə yeni üzvlərin təsdiqi AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi Digər məsələlər Teqlər: "AFFA \u0130craiyy\u0259 Komit\u0259si yenid\u0259n toplan\u0131r"