Menyu

ÇL, AL və KL oyunlarını Azərbaycanda yayımlayacaq kanal bəlli oldu

Əziz Əzizli
ÇL, AL və KL oyunlarını Azərbaycanda yayımlayacaq kanal bəlli oldu

Yeni formatda keçiriləcək Çempionlar, Avropa və Konfrans Liqası oyunları Azərbaycanda canlı yayımlanacaq.

"Operativ Media"nın məlumatına görə, görüşlər “İctimai TV”dən nümayiş etdirələcək. Bu barədə kanalın sosial şəbəkə hesabından məlumat verilib.

Paylaşımda “Futbol azarkeşlərinə daha bir müjdə! Yeni formatda keçiriləcək Çempionlar, Avropa və Konfrans Liqasında 2024/2025 mövsümünün həyəcanı idman turnirlərinin dəyişilməz ünvanı İctimai Televiziyada yaşanacaq!” – deyə, vurğulanıb.

Xatırladaq ki, avrokubok görüşləri İTV ilə yanaşı, “CBC Sport”dan da canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanı cari mövsüm Avropa Liqasında “Qarabağ” təmsil edəcək

Teqlər:

"\u00c7L AL v\u0259 KL oyunlar\u0131n\u0131 Az\u0259rbaycanda yay\u0131mlayacaq kanal b\u0259lli oldu"

Əlaqəli Xəbərlər