12 Sentyabr 2024, 12:38
Qarabağ Universiteti tələbələrinin diqqətinə!
Qarabağ Universiteti tələbələrinin diqqətinə! şəkil
Qarabağ Universiteti tələbələrinin diqqətinə!

2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində dərslər 23 sentyabr tarixində başlayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Qarabağ Universitetinin "Facebook" hesabında paylaşım edilib. 

Bildirilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb.

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcəkdir. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcəkdir.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb