Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
Əziz Əzizli
Futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi mübarizəyə dekabrda doğma meydanda başlayacaq.
Komandamız son görüşünü də paytaxtda keçirəcək. Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i pley-off mərhələsində üz-üzə gələcək.
Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.