Menyu

Azərbaycanın qadın və kişi şahmatçıları Budapeştdə növbəti dəfə seviniblər

Əziz Əzizli
Azərbaycanın qadın və kişi şahmatçıları Budapeştdə növbəti dəfə seviniblər

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

"Operativ Media" xəbər verir ki, yığmamız 2-ci turda Finlandiyanı məğlub edib – 3,5:0,5. Aydın Süleymanlı rəqibi ilə heç-heçə edib, Nicat Abasov, Rauf Məmmədov və Məhəmməd Muradlı isə qalib gəliblər.

Qadınlardan ibarət millimiz də 2-ci turda Avstraliyanı məğlub edib – 3:1. Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi gündə Gövhər Beydullayeva və Gülnar Məmmədova xalları yarı bölüblər

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər