Şamaxıda bir ailənin iki üzvü bıçaqlanıb, kürəkən saxlanılıb
Nərmin Qocamanlı
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.
Teqlər:
"\u015eamax\u0131da bir ail\u0259nin iki \u00fczv\u00fc b\u0131\u00e7aqlan\u0131b k\u00fcr\u0259k\u0259n saxlan\u0131l\u0131b"