Menyu

Bəxtiyar Məmmədov: Hazırda Bakı Metropolitenində 3 xətt üzrə 61 qatar fəaliyyət göstərir

Bəxtiyar Məmmədov: Hazırda Bakı Metropolitenində 3 xətt üzrə 61 qatar fəaliyyət göstərir

“Hazırda Bakı Metropolitenində 3 xətt üzrə 61 qatar fəaliyyət göstərir. Bu qatarların 23-ü yeni nəsil və yaxud kondisionerli qatarlardır”.

“Operativ Media” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, noyabr ayına qədər daha yeni 7 qatar fəaliyyətə başlayacaq.

“Noyabr ayına qədər 7 yeni qatar gətiriləcək. Bu zaman yeni qatarların sayı kifayət qədər çox olacaq. Yeni nəsil qatarlar yaşıl və qırmızı xətlərdə hərəkət edir. 3 yeni qatar İçəri Şəhər - Həzi Aslanov, 20 yeni qatar isə Dərnəgül - Həzi Aslanov istiqamətində hərəkət edir”,- deyə o bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər