COP29 zamanı Bakı Metropoliteni necə fəaliyyət göstərəcək?
Nərmin Qocamanlı
“Hazırda COP29-la bağlı Bakı Metropoliteninin iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb”.
“Operativ Media” xəbər verir ki, bunu jurnalistlərə acıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
“Bildiyiniz kimi şəhərimizə dövlət rəsmiləri, mötəbər qonaqlar gələcək. Bununla əlaqədar olaraq yerüstü nəqliyyatın fəaliyyət rejiminə uyğun olaraq Bakı Metropolitenində də müvafiq tənzimləmələrin hər biri təsdiq olunacaq”.
B.Məmmədov bildirib ki,COP29 əməliyyat şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması mərhələləri davam edir:
“Hazırda bütün qurumlarla intensiv əlaqələr qurulub. COP29 əməliyyat şirkəti ilə məsləhətləşmə, tövsiyələrin alınması mərhələləri davam edir. COP29 dövründə nəinki qonaqlarımız hətta Bakı Metropolitenindən daimi istifadə edən sərnişinlərin də rahatlığı məqsədilə bütün tədbirlər görüləcək”.
Teqlər:
"COP29 zaman\u0131 Bak\u0131 Metropoliteni nec\u0259 f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259c\u0259k?\u00a0"