Məhkəmə "Pepsico Azərbaycan"nı cərimələyib
“Pepsico Azərbaycan” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “Pepsico Azərbaycan” MMC barəsində daha əvvəl eyni və digər inzibati xətalara görə protokol tərtib edilərək məhkəməlik olmuşdur.
Onu da bildirək ki, "Pepsico Azərbaycan" MMC (VÖEN: 1403280371) 10.12.2015 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 792 168 manatdır. Qanuni təmsilçisi Natiq Musayev Qılman oğludur.
Hüquqi ünvanı Az1065, Bakı şəhəri, Nəsimi Rayonu, Abbasqulu Ağa Bakıxanov ev 24 Brdige Plaza ünvanında yerləşir.