Menyu

Bəxtiyar Məmmədov: Maliyyə və digər məsələlərin həllindən sonra "Həzi Aslanov" stansiyasında təmirə başlanılacaq

Nərmin Qocamanlı
Bəxtiyar Məmmədov: Maliyyə və digər məsələlərin həllindən sonra "Həzi Aslanov" stansiyasında təmirə başlanılacaq
1 dəq oxu

Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinin başlanılması gözlənilir. Bu barədə əlavə məlumatlar veriləcək. Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”, - deyə B.Məmmədov əlavə edib.

Əlaqəli Xəbərlər