Menyu

"Qalatasaray" Macarıstan millisinin üzvünü transfer edir

Əziz Əzizli
"Qalatasaray" Macarıstan millisinin üzvünü transfer edir
1 dəq oxu

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirir.

"Operativ Media" insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, "sarı-qırmızılı" klub "Frayburq"un macarıstanlı futbolçu Rolland Sallai ilə razılıq əldə edib.

Futbolçunun müqavilə imzalamaq üçün bu gecə İstanbula gələcəyi bildirilir.

"Qalatasaray" sağ cinah yarımmüdafiəçisi üçün Almaniya klubuna 6 milyon avro ödəyəcək.

Əlaqəli Xəbərlər