Formula 1: İkinci sərbəst yürüş yekunlaşıb
Əziz Əzizli
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
"Operativ Media"nın məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.
"Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lyuis Hemilton üçüncü olub.
İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci yeri tutub.
"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başaçatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net